Qus Hiddink Çin yığmasından qovulub

Qus Hiddink Çinin futbol üzrə olimpiya komandasının baş məşqçisi vəzifəsindən azad edilib.

"Report" "Fox Sports Asia"ya istinadən xəbər verir ki, Çin Futbol Federasiyası 73 yaşlı mütəxəssisin mətbuatla ünsiyyət tərzini və millinin nəticəsini bəyənməyib. Hiddinkin taleyini Vyetnama 0:2 hesabı ilə uduzduqları oyun həll edib.

Hollandiyalı məşqçinin yerinə bu posta ölkənin qadınlardan ibarət millisinin sabiq baş məşqçisi Hao Vey gətiriləcək.
Qeyd edək ki, Qus Hiddink karyerası ərzində Hollandiyanın PSV, İspaniyanın "Valensiya", "Real Madrid", "Betis" və İngiltərənin "Çelsi" komandalarına rəhbərlik edib. O, həmçinin Cənubi Koreya, Hollandiya, Avstraliya, Rusiya və Türkiyə millilərinin baş məşqçisi olub.

Tarix
19 Sentyabr 2019 [15:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-19 15:33:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin