Nazirlik: İsmayıllıda kartof festivalında kütləvi zəhərlənmə olmayıb

14:51 - 19 Sentyabr 2019 - Xəbər

İsmayıllı rayonunda keçirilmiş "Kartof festivalı"nda 7 nəfərin qidadan zəhərlənməsi barədə məlumat əsassızdır.

Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə özəl açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov verib. Onun sözlərinə görə, İsmayıllı rayon xəstəxanasına müraciət edənlərin səhhətində yaranmış problemlərin günvurmadan qaynaqlandığını bildiriblər: “Xəstəxanaya müraciət edənlər hamısı bir şirkətin işçiləridir.

Onlar sahədə işləyən zaman günvurmaya məruz qalıblar. Festival dünən keçirilib, orada yüzlərlə insan iştirak edib. Xəstəxanaya müraciət isə bu gün, festivaldan 24 saat sonra olub. Əgər qida zəhərlənməsi olsaydı, eyni simptomlar digər iştirakçılarda da müşahidə olunardı”.

Xəbər xətti