Bakıda 70 yaşlı qadın gəlini amansızlıqla qətlə yetirib

12:30 - 19 Sentyabr 2019 - HADİSƏ

Bakıda törədilən dəhşətli qətlin üstü açılıb. 

Oxu.Az-ın məlumata görə, araşdırmalar nəticəsində 1949-cu il təvəllüdlü Qreçneva Valentina Aleksandrovnanın gəlini Mədinə Şıxabdulova tərəfindən qətlə yetirildiyi məlum olub.  Gəlini onun başına butulka ilə vuraraq öldürüb.

Hadisəni törədən şəxs artıq saxlanılıb. 

Qeyd edək ki, Telnova küçəsindəki mənzildə qadının üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Qəsdən adam öldürmə faktı ilə Azərbaycan CM-nin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər xətti