Bakıda 32 yaşlı qadın küçədə ürəyindən bıçaqlandı

21:22 - 18 Sentyabr 2019 - HADİSƏ

Bakıda qadın küçədə bıçaqlanıb.

Hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. Cəlilabad rayonunda qeydiyyatda olan, Binqədi rayonu, Biləcəri qəsəbəsi, Aşıq Şəmşir küçəsi, nömrəsiz evdə kirayədə yaşayan, 1987-ci il təvəllüdlü Əmiraslanova Sevil Vidadi qızı küçədə döş qəfəsindən bıçaqlanıb.

Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılaraq əməliyyat olunub.
Faktla bağlı cinayət işi başlanıb.

Hazırda qadının kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı araşdırılır./trend

Xəbər xətti