Gələn il deputatların pensiyaları artacaq - Hadi Rəcəbli

15:31 - 18 Sentyabr 2019 - Xəbər

Gələn ilin yanvarında pensiyalarda indeksləşmənin çox -15 faiz olacağı gözlənilir. Çünki bu il əməkhaqlarında böyük artımlar baş verdi.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edən komitə sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli qeyd edib ki, deputatların əməkhaqqı artıb, amma təqaüddə olan deputatların pensiyasındakı artım faktiki olmayıb: “Yanvarın 1-dən həmin insanların da pensiyaları artacaq”./trend

 

Xəbər xətti