“Azərişığ”a məxsus maşın dərəyə aşdı: ölənlər və yaralılar var - (Yenilənib)

16:04 - 18 Sentyabr 2019 - HADİSƏ

Qubada “Azərişıq” ASC-yə məxsus maşının dərəyə yuvarlanması nəticəsində ölənlərin kimlikləri bəlli olub. 

Oxu.Az xəbər verir ki, bunlar Sumqayıt sakinləri - 1958-ci il təvəllüdlü Zahid Qurbanov və 1991-ci il təvəllüdlü Namiq Rüstəmovdur.

***

Qubada “Azərişıq” ASC-yə məxsus maşının dərəyə yuvarlanması nəticəsində yaralananların kimlikləri bəlli olub. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakinləri - 1992-ci il təvəllüdlü Abdullayev Saleh Abuzər oğlu və 1984-cü il təvəllüdlü Rəsulov İlkin Mahir oğludur.

S.Abdullayevə sol bazu və sağ baldır sümüklərinin sınığı diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

İ.Rəsulova qapalı kəll-beyin travması, hər iki budun orta üçdə birinin və sol baldırın sınığı diaqnozu qoyulub. Vəziyyəti ağırdır. 

Xəbər xətti