3 qadın güləşçimiz dünya çempionatına qələbə ilə başladı

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Azərbaycanı təmsil edən qadın güləşçi Alyona Kolesnik ilk görüşünü keçirib. 24 yaşlı idmançı (57 kq) təsnifat mərhələsində ukraynalı İrina Çixradze ilə qarşılaşıb.

Görüş Kolesnikin vaxtından əvvəl təmiz qələbəsi (5:0) ilə başa çatıb. Güləşçinin 1/8 finaldakı rəqibi KXDR təmsilçisi İn Sun Yonq olacaq.

Tatyana Omelçenko da ilk görüşünə cəmi 1 dəqiqə 57 saniyə sərf edib. Yığma üzvü Yeni Zelandiyadan olan rəqibini “tuşe” ilə məyus edib.

Eyni zamanda, Səbirə Əliyeva ilk mərhələdə Koreya güləşçisiylə gərgin keçən qarşılaşmadan qalib ayrılıb./trend

 

Tarix
18 Sentyabr 2019 [10:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-18 10:52:35
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin