Bakıda vertolyot qəzaya uğradı- xəsarət alan var

Ötən həftə Bakıda vertolyot qəzası baş verib. Hadisə Badamdar qəsəbəsində qeydə alınıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yaxınlığında yerləşən "Naftalan" istirahət mərkəzinin üst tərəfində kiçik aerodromda qeydə alınan hadisə zamanı pilot ağır xəsarət alıb. Məlumatda bildirilir ki, təlim helikopteri bir neçə dəfə qalxıb enmə hərəkətləri edib. Sonuncu hərəkət zamanı helikopter idarəetmədən çıxaraq yanı üstə yerə çırpılıb. Nəticədə ağır qəza baş verib. Parça-parça olan helikopterin təxminən 5 tona yaxın yanacağı isə "Naftalan" istirahət mərkəzinin ərazisindən axaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairəyə qədər gəlib. Hadisə yerinə Fövqəladə Hallar və Müdafiə Nazirliyinin əməkdaşları gəlib. Helikopterin hansı nazirliyə aid olduğu barədə dəqiq məlumat yoxdur. Bildirilir ki, həmin aerodroma həm Fövqaladə Hallar, həm də Müdafiə Nazirliyinin helikopterləriı tez-tez eniş edir. Xatırladaq ki, pilot helikopterdə təlim keçirmiş. Xoşbəxtlikdən helikopterin pəri yaxınlıqda olan yüksək gərginlikli elektrik xətlərinin yanında düşsə də ciddi problem yaratmayıb.
Tarix
18 Sentyabr 2019 [00:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-18 00:03:47
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin