Bakıda keçmiş məhkum kafedə ürəyindən bıçaqlandı

21:44 - 17 Sentyabr 2019 - HADİSƏ

Bakıda keçmiş məhkum bıçaqlanıb.

Hadisə paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib. Balaxanı qəsəbəsində fəaliyyət göstərən "Neftçi" kafesində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Hüseynov Seymur Elbrus oğlu tanışı Maqa ləqəbli şəxs tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./trend

Xəbər xətti