Kürdəmirdə evlərdən oğurluq edən keçmiş məhkum saxlanılıb - FOTO

21:15 - 17 Sentyabr 2019 - HADİSƏ

Kürdəmir rayonunda evlərdən silsilə oğurluq edən keçmiş məhkum saxlanılıb.

 Kürdəmir Rayon Polis Şöbəsinə müraciət edən rayon sakinləri - Əhmədov Cəlal Ağaqulu oğlu evindən 1910 manat pulunun, Şahbazova Xalidə Ağaməşədi qızı qızıl-zinət əşyalarının və 30 manat pulunun, Məhərrəmova Zümrüd Həsən qızı isə məişət avadanlıqlarının və yataq dəstlərinin oğurlandığını bildirib.

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1989-cu ildə Kürdəmir rayonunda anadan olmuş, keçmiş məhkum Allahverdiyev Fərid Zabit oğlu maddi sübutlarla birlikdə saxlanılıb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır./report


Xəbər xətti