Bakıda 80 yaşlı kişi qadını boğazından bıçaqlayıb

20:25 - 17 Sentyabr 2019 - HADİSƏ

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb. Belə ki, 1939-cu il təvəllüdlü Səlimov Məzahir Nağı oğlu Nəriman Nərimanov küçəsində yerləşən mənzildə yaşayan 1975-ci il təvəllüdlü Fidan Babayeva ilə mübahisə edib. O, mübahisə zəminində F.Babayevanın boğazına bir neçə bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları M.Səlimovu saxlayıb./Apa

Xəbər xətti