“Azercell Telekom” MMC Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edir

Fəaliyyət dövrü ərzində ölkəmizdə təhsil səviyyəsinin artırılması, gənclərin fərdi və peşəkar inkişafı üçün yeni imkanların yaradılması istiqamətində layihələrin həyata keçirilməsi ilə fərqlənən “Azercell Telekom” MMC,  bu dəfə 2020-ci il üçün Tələbə Təqaüdü Proqramını elan edir.

2009-cu ildən  başlayaraq, artıq ənənəvi şəkildə hər il tələbələrə dəstək olmaq məqsədilə təşkil edilən bu layihə nəticəsində,  180-dən çox gənc Azercell şirkətinin təqaüdçüsu adına  layiq görülüb.

“Rəqəmsal dünyanı Azercell-lə kəşf et” şüarı altında keçirilən Azercell-ın Tələbə Təqaüdü Proqamında  son iki kurs tələbələri öz biliklərini sınaya bilərlər. Tələbələr akademik bilikləri, dünyagörüşü, elmə və təhsilə həvəsi və digər meyarlar əsasında dəyərləndiriləcəklər. Qaliblər təhsil ilinin sonunadək Azercell-dən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekom sahəsi haqda biliklərini artırmaq, rəqəmsal dünyanın ən son trendləri ilə yaxından tanış olmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və təcrübə keçmək üçün əvəzolunmaz fürsət əldə edəcəklər.

Qeyd edək ki, Azercell Tələbə Təqaüdü 2020-də iştirak üçün müraciətlərin qəbulu artıq açıqdır və son qəbul tarixi oktyabr ayının 16-dır. Təqaüd proqramı üzrə müraciət etmək üçün müvafiq elektron müraciət ərizəsi doldurulduqdan sonra, tələbə bileti və qiymət kitabçasının ( transkript) skan versiyaları ilə birlikdə [email protected] e-mail ünvanına göndərilməlidir.

Yeni dərs ilində Azercell təqaüdçüsü adını qazanmaq fürsətini qaçırma!
Əlavə məlumat üçün https://www.azercell.com/az/company/career/development_oportunities/bursary2020/ səhifəsinə daxil olun.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Tarix
17 Sentyabr 2019 [18:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-17 18:42:49
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin