Tacikistan-Qırğızıstan sərhədində GƏRGİNLİK - Ölənlər var

Ötən gün axşam saatlarında Tacikistan-Qırğızıstan sərhədində baş vermiş atışma nəticəsində Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin 3 hərbçisi həlak olub.

“Qafqazinfo”nun “Sputnik Tacikistan”a istinadən verdiyi xəbərə görə, bu barədə Soqdiysk vilayəti sədrinin Mətbuat xidmətinin rəhbəri Müzəffər Yunusov məlumat verib. Onun sözlərinə görə, həlak olanlardan biri polkovnik-leytenantdır.

“Hazırda sərhəddə stabillikdir. Vəziyyət Tacikistan hökumət qüvvələrinin nəzarəti altındadır”, -deyə o, bildirib. Yunusov, münaqişənin Qırğızıstan tərəfinin sərhəd bölgəsində bir keçid məntəqəsi qurması səbəbindən başladığını da təsdiqləyib.

Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsindən isə Qırğızıstan sərhədçilərinin təxribatçı hərəkətlərə əl atdıqları, Bahor kəndinin silahsız vətəndaşlarına atəş açıldığı, bunun nəticəsində bir neçə Tacikistan vətəndaşının güllə yarası aldığı bildirilib.

Öz növbəsində Qırğızıstan Dövlət Sərhəd Xidməti iddia edir ki, tacik tərəfi əvvəlcə Qırğızıstanın “Maksat” sərhəd keçid məntəqəsinə, daha sonra Batken rayonunun Leylək rayonundakı “Sai” müvəqqəti sərhəd postuna atəş açıb.

Baş vermiş insidentdən sonra bu gün Qırğızıstan Xarici İşlər Nazirinin birinci müavini Nuran Niyazaliyev Tacikistanın ölkədəki səfiri Olimzode Suxrob Xojaya nota təqdim edib.
Sənəddə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının qanunsuz hərəkətlərinə sərt etiraz ifadə edilib.

Xatırladaq ki, bu il iyulun 22-də Qırğızıstan – Tacikistan sərhədində silahın tətbiqi ilə baş vermiş münaqişə nəticəsində 1 nəfər Tacikistan vətəndaşı həlak olmuş, 16 Qırğızıstan vətəndaşı xəsarət almışdı.
Bu məqamda bildirək ki, Tacikistanla Qırğızıstan xalqı arasında vaxtaşırı sərhədlərin delimitasiyası məsələsinə görə toqquşmalar yaşanır. 

Tarix
17 Sentyabr 2019 [16:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-17 16:15:19
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin