Mariya Stadnik dünya çempionatında finalında

15:39 - 17 Sentyabr 2019 - Xəbər

Azərbaycan güləşçisi Mariya Stadnik Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında finala yüksəlib. 

50 kq çəki dərəcəsində mübarizə aparan 7 qat Avropa çempionu yarımfinalda çinli Yanan Sundan güclü olub. Bu mərhələyə yüksəlməklə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən pəhləvan rəqibini 6:4 hesabı ilə məğlub edib.

Həlledici görüş sentyabrın 18-də keçiriləcək.
Millinin bu gün mübarizəyə qoşulan digər üzvü Türkan Nəsirova (53 kq) isə mundaiala məğlubiyyətlə başlayıb. O, təsnifat mərhələsində Nina Hemmerə (Almaniya) vaxtından əvvəl uduzub – 0:11. Rəqib finala kimi irəliləyə bilmədiyindən güləşçi yarışla vidalaşıb.

Qeyd edək ki, dünya çempionatında yunan-Roma güləşçilərinin mübarizəsi başa çatıb. Azərbaycan yığmasının heyətində Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb./Apa

Xəbər xətti