Azərbaycanda uşaqların internetdən istifadəsinə qanunla nəzarət ediləcək

12:54 - 17 Sentyabr 2019 - Xəbər

Azərbaycanda internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunacaq.

Ucnoqta.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında  “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik məsələsi müzakirə olunub və adı çəkilən məsələ həmin qanuna dəyişiklikdə əksini tapıb.

Belə ki, qanun layihəsinin 13-cü maddəsinə yeni 13-2.6-cı bənd əlavə olunur və həmin bənddə internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunmalıdır.

Qanun layihəsinə dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək, plenar iclasa tövsiyə olunub. 

Xəbər xətti