Bu ərazilərdə qaz kəsilib- Foto

Bu gün səhər saatlarında Bakının Xəzər rayonunda, “Binə Sovxozu” deyilən yaşayış massivində “KamAZ” markalı yük avtomobili ilə 108 mm diametrində olan qaz xətti yararsız hala salınıb.

“Azəriqaz” İstehsalat Birliyindən Ucnoqta.az-a verilən məlumata görə, kəmər dayaqlardan qopardılaraq yerə salınıb. Bununla əlaqədar 350 abunəçinin qaz təchizatı dayandırılıb.

Bundan başqa, gecə saatlarında Bakının Nizami rayonunun N.Abdullayev küçəsində dairəvi formada qoşulmuş diametri 159 mm olan qaz xətti avtomobil qəzası zamanı qırılıb. Hadisəyə görə 500 abunəçinin qaz təchizatı dayandırılıb. Səhər saatlarından qazın verilişi üçün bərpa işləri sürətləndirilib.

Tarix
17 Sentyabr 2019 [10:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-17 10:03:17
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin