Dünya çempionatının püşkü atıldı

FİFA klublararası dünya çempionatının püşkü atılıb.

 2019-cu ilin dekabr ayında Qətərdə keçiriləcək mundialın püşkatma mərasimi bu gün İsveçrənin Sürix şəhərində baş tutub. İlk mərhələdə turnirə ev sahibliyi edəcək ölkənin təmsilçisi “Əl-Sədd” Yeni Kaledoniyadan olan “İanqen”lə üz-üzə gələcək.

Bu cütün qalibi ikinci mərhələdə Meksika “Monterrey”i ilə qarşılaşacaq. Tunisin “Esperans” klubu isə Asiya Çempionlar Liqasının noyabrda müəyyənləşəcək qalibi ilə görüşəcək.
Yarımfinalda UEFA Çempionlar Liqasının qalibi “Liverpul” (İngiltərə) ilə “Monterrey”in qarşılaşacağı cütün qalibi üz-üzə gələcək.

“Esperans”ın yer aldığı cütün qalibi də KONMEBOL-da qalib olacaq kollektivi sınağa çəkəcək.
Qeyd edək ki, klublararası DÇ dekabrın 11-dən 21-dək keçiriləcək./oxu.az

Tarix
16 Sentyabr 2019 [21:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-16 21:13:05
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin