"Qarabağ" "Neftçi"ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub. "Report"un məlumatına görə, turun son matçında "Qarabağ" "Neftçi"ni qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində ilk qolu 31-ci dəqiqədə Mahir Emreli vurub. 69-cu dəqiqədə isə Abdullah Zubir topu rəqib qapısından keçirib. Bu nəticədən sonra xallarının sayını 12-ə çatdıran "Qarabağ" liderliyini daha da möhkəmləndirib. "Neftçi" isə 4 xalla 5-ci yerdədir. Qeyd edək ki, IV turun digər görüşlərində "Zirə" səfərdə "Sumqayıt"ı (2:1), "Səbail" "Keşlə"ni (2:1), "Qəbələ" isə "Sabah"ı (1:0) məğlub edib.
Tarix
15 Sentyabr 2019 [22:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-15 22:36:46
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin