Rusiya MN: S400-lərin Türkiyəyə göndərilməsinin ikinci mərhələsi başa çatıb

21:22 - 15 Sentyabr 2019 - DÜNYA

Rusiya "S-400" zenit raket komplekslərininin Türkiyəyə göndərilməsininin ikinci mərhələsini başa çatdırıb.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 15-də RF Müdafiə Nazirliyinin hərbi nəqliyyat aviasiyasına məxsus təyyarələr müqavilə öhdəliklərinin həyata keçirilməsi çərçivəsində komplekslərin Türkiyəyə çatdırılmasının ikinci mərhələsini başa vurublar.

Nazirlikdən o da bildirilib ki, "S-400" zenit raket komplekslərinin komponentlərinin Türkiyəyə çatdırılması Türkiyə tərəfi ilə bağlanmış müqavilənin şərtlərinə və tərəflərin müddətlə bağlı razılığına uygun həyata keçirilib.

Xəbər xətti