Təhsil naziri Biləsuvarda məktəb açılışında iştirak edib

Sentyabrın 14-də Biləsuvar şəhəri Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib.

Açılışda Təhsil naziri Ceyhun Bayramov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, təhsil ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Təhsil naziri Ceyhun Bayramov çıxışında “Bilik Günü” və məktəbin açılışı münasibətilə təhsil işçilərini, məktəbliləri və valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb.
Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətdən danışan Ceyhun Bayramov bildirib ki, Azərbaycanda təhsil sahəsi dövlətin yürütdüyü siyasətin prioritet istiqamətlərindəndir.

Təhsil naziri son illər ölkəmizdə çoxlu sayda yeni məktəblərin tikildiyini, əsaslı təmir olunduğunu vurğulayıb. Ceyhun Bayramov deyib ki, regionlarda, xüsusən ucqar rayonlarda yeni məktəb binalarının tikintisi ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdirildiyinin göstəricisidir.

Nazir qeyd edib ki, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından da böyük əhəmiyyət kəsb edir.
Ceyhun Bayramov ölkədə aparılan təhsil islahatları haqqında məlumat verib. Təhsil naziri yeni məktəblərin inşasının təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə əhəmiyyətli təsir edəcəyinə əminliyini vurğulayıb.

Daha sonra Ceyhun Bayramov yeni məktəbdə yaradılmış şəraitlə tanış olub, müəllimlərlə görüşərək onlarla söhbət aparıb.
Qeyd edək ki, yeni istifadəyə verilən 1176 şagird yerlik məktəb binasında 2 fizika, 2 kimya, 2 biologiya laboratoriyaları, 1 məktəbəqədər, 1 hərbi hazırlıq, 1 linqafon otağı və 48 sinif otaqları, əmək otaqları, kitabxana və oxu zalı, informatika otağı, 80 yerlik yeməkxana, akt zalı, idman zalı inşa edilib. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib.

Tarix
14 Sentyabr 2019 [16:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-14 16:15:56
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin