Ana səhifə Mobil versiya
20 Sentyabr 2019

Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb

Dağlıq Qarabağın azərbaycanlı icması Fransa Parlamentinin bir qrup üzvünün Ermənistanın işğalı altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri ilə bağlı bəyanat yayıb. 

Bəyanatda bilidirlir ki, Ermənistan KİV-də yayılmış xəbərə görə, Fransa Parlamentinin bir qrup üzvünün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edərək cinayətkar işğalçı rejimin “nümayəndələri” ilə görüşlər keçirdiyi və bir sıra “tədbirlər”də iştirak ediblər.

"Azərbaycanın beynəlxalq tanınmış sərhədləri daxilində ölkəmizin suverenliyini tanıyan, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Fransanın Parlament üzvlərinin Dağlıq Qarabağa səfəri təxribat xarakteri daşıyır və vasitəçiliyi həyata keçirən ölkənin tutduğu mövqeyə uyğun gəlmir. Biz Dağlıq Qarabağın azərbaycanlı icması olaraq, belə səfərin qəbuledilməz olduğunu bəyan etməklə yanaşı, Fransa hökumətini Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan addımların qarşısının alınması üçün tədbirlərin görülməsinə çağırırıq. Azərbaycanın işğal altında olan torpaqları azad edilmədiyi və azərbaycanlıların öz torpaqlarına geri dönmədiyi təqdirdə, qanunsuz cinayətkar rejim tərəfindən həyata keçirilən istənilən təxribat xarakterli addım və işğalın nəticələrinin “legitimləşdirilməsinə” yönələn “cəhdlər” heç bir nəticə verməyəcək və bizim öz torpaqlarımıza geri dönməyimizi əngəlləyə bilməyəcək".

Tarix
12 Sentyabr 2019 [21:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-12 21:04:29
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin