Ana səhifə Mobil versiya
20 Sentyabr 2019

Qusarda narkotik alverçisi saxlanıldı -Foto

Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısında şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər üç dəfə məhkumluq həyatı yaşamış 57 yaşlı Azər Məmmədkərimov Qusar rayonu Avaranqışlaq kənd ərazisində saxlanılaraq RPŞ-nə gətirilib. Burada hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən şəxsi axtarış zamanı ondan 29 ədəd kağız bükümlərdə narkotik maddə olan heroin, 8 ədəd kağız bükümlərdə güclü təsiredici psixotrop maddə olan metamfetamin, eləcə də iki ədəd metadon həbləri aşkar olunaraq götürülüb.

İlkin dindirilmə A.Məmmədkərimov narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix
12 Sentyabr 2019 [14:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-12 14:22:13
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin