Ana səhifə Mobil versiya
16 Sentyabr 2019

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin birgə təlimi keçirilir

Gürcüstanın polkovnik Besik Kutateladze adına Sakxhere Dağ Təlim Məktəbində dağ yay təlimi kursu keçirilir.  

APA-nın Gürcüstan Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli hərbi əməkdaşlıq çərçivəsində keçirilən təlimdə 3 yerli və 13 əcnəbi hərbçi iştirak edir. 

Dağ təliminin bir hissəsi olaraq hərbçilər Katz yaxınlığında müxtəlif praktik məşğələlər keçirirlər. Hərbçilərə təbii divara dırmanma, çaydan keçərkən maneələri dəf etmə, evakuasiya işi təşkil etmə və tibbi qaydalar öyrədilir. İştirakçılar kursu bitirdikdən sonra sertifikatlar və döş nişanları ilə təltif ediləcəklər. 

Qeyd edək ki, təlim sentyabrın 16-da başa çatacaq.

Tarix
12 Sentyabr 2019 [11:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-12 11:53:46
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin