Bakıda ehtiyat hissələri satılan şirkətdə oğurluq olub

23:10 - 11 Sentyabr 2019 - HADİSƏ

Bakının Xəzər rayonunda avtomobil ehtiyat hissələri satılan müəssisədən oğurluq edilib. Cinayət faktı Şüvəlan qəsəbəsində yerləşən “Status Avto” MMC-də qeydə alınıb. Bu barədə qurumun direktoru Vüqar Əzimov Xəzər RPİ-yə məlumat verib. Zərərçəkmiş şəxsin sözlərinə görə, oğurluq əməli qurumun sürücüsü Ağahüseyn Abidinov tərəfindən törədilib. O, şirkətə məxsus akkumulyatoru və 190 litr benzini oğurlayıb. Faktla bağlı araşdırmalar davam etdirilir. /Apa

Xəbər xətti