Bakıda itkin düşən 13 yaşlı qız tapıldı

09:51 - 11 Sentyabr 2019 - Xəbər

Paytaxtda itkin düşən azyaşlı tapılaraq ailəsinə təhvil verilib.

Bakı şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da gecə saatlarında Yeni Suraxanı qəsəbəsində yaşadığı evdən naməlum istiqamətə gedərək, itkin düşən 2006-cı il təvəllüdlü Nelli Ağayeva tapılaraq ailəsinə təhvil verilib.

Polis əməkdaşları tərəfindən azyaşlının valideynləri ilə profilaktiki söhbət aparılıb, onun üzərində nəzarətin artırılması tövsiyə olunub./trend

Xəbər xətti