Gürcüstan millimizi darmadağın etdi

22:26 - 10 Sentyabr 2019 - İDMAN

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

 Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv "Dalğa Arena"da Gürcüstan millisi ilə qarşılaşıb. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

AÇ-2021-in seçmə mərhələsi

2-ci qrup
10 sentyabr

20:30 Azərbaycan - Gürcüstan - 0:3

Qol: Vato Arvelzade, 45+2, Georgi Arabidze, 73, 84
Qırmızı vərəqə: Hacıağa Ağayev, 49
Baş hakim: Loren Kopriva (Lüksemburq)

Bakı. “Dalğa Arena” stadionu.
Azərbaycan: 12. Kamran İbrahimov, 2. Amin Seydiyev, 3. Turan Manafov, 4. Hüseyn Seyliğli, 5. Nihad Tamazov, 6. Hacıağa Hacıyev (k), , 16. Doğukan Öksüz, 17. Fərid Nəbiyev, 21. Barış Ekincier, 10. İsmayıl İbrahimli, 11. Şakir Seyidov

Ehtiyat oyunçular: 1. Şahin Zəkiyev, 7. Nicat Süleymanov, 8. Rafael Məhərrəmli, 9. Rövlan Muradov, 13. Murad Qayalı, 14. Elvin Cəfərquliyev, 15. Ege Atlam, 19. Tural Bayramlı, 23. Musa Qurbanlı.
Baş məşqçi: Milan Obradoviç.

Gürcüstan: 12. Luka Quqeşaşvili, 2. Nikolos Mali, 3. İlia Beriaşvili, 4. Luka Loxoşvili, 5. Davit Kobouri, 7. Georgi Arabidze (k), 8. Georgi Kutsia, 9. Nika Ninua, 11. Vato Arveladze, 14. Beka Kavtaradze, 18. Luka Silaqadze.

Ehtiyat oyunçular: 1. Georgi Mamardaşvili, 10. Georgi Koxreidze, 13. Nuqzar Spanderaşvili, 15. Aleksandr Andronikaşvili, 16. Laşa Uqrexelidze, 17. Paata Kiteişvili, 20. İrakli Buqridze, 21. Luka Lakvexeliani, 22. Revaz İnjgia./qafqazinfo

Xəbər xətti