Ana telefon kreditinə görə övladlarını satdı - FOTO

13:37 - 10 Sentyabr 2019 - MARAQLI

Çində ana iki yeni doğulmuş əkiz oğlanlarını, övladlıq etmək istəyənlərə satıb. Ucnoqta.az xəbər verir ki, hadisə Çjeçzyan əyalətində baş verib. Bu barədə “AsiaOne” nəşri məlumat yayıb. Qadın oğlanlarını 65 min yuana (təxminən 15600 manat) satıb.

Nəşrin məlumatına görə, ata uşaqlardan imtina edərək qaçıb. Həmçinin, qadının valideynləri də uşaqların nikahdan kənar doğulduğu üçün ona və nəvələrinə kömək etməkdən imtina ediblər.

Anan sözlərinə görə, onun xeyli miqdarda borcu olub və pulsuzluq səbəbindən çarəsiz qalaraq bu cinayətə əl atmağa məcbur olub. Qadın əldə etdiyi pulu aldığı yeni telefonun kreditinə xərcləyib.

Hazırda körpələrin bioloji ata-anası həbs olunub.

Uşaqlar isə ananın valideynlərinin himayəsinə verilib.

 

Namiq Musayev

Xəbər xətti