Baş nazir qərar verdi: bu şəxslərin maaşları artır

Baş nazir Novruz Məmmədov Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə qərar imzalayıb.

Nazirlər Kabineti XDMX hərbi qulluqçularının (Xidmətin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri təsdiqləyib.
Eyni zamanda, 2 nömrəli əlavə ilə XDMX dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının məbləğləri, 3 nömrəli əlavə ilə XDMX hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri təsdiqlənib.

Qərarda bildirilib ki, Maliyyə Nazirliyi XDMX hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsini təmin etməlidir.
Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamla XDMX hərbi qulluqçularının maaşları artırılıb.
Sərəncama əsasən, XDMX hərbi qulluqçularının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb./oxu.az

Tarix
10 Sentyabr 2019 [09:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-10 09:40:40
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin