DİN İmişlidə 5 nəfərin öldüyü yol qəzası barədə məlumat yaydı

15:39 - 9 Sentyabr 2019 - Xəbər

Daxili İşlər Nazirliyi ötən gecə İmişlidə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-dən verilən məlumata görə, sentyabrın 9-da saat 1 radələrində İmişli rayonunun Əliqulular kəndi ərazisində Bakı şəhər sakini İlqar Şamxalov idarə etdiyi “Opel Vectra” markalı avtomobili yolun kənarındakı su kanalına (kollektora) aşırıb.

Avtomobil kanaldan çıxarılıb, sürücü və sərnişinləri - qardaşı Etibar, onun arvadı Mərziyyə, oğlu Elnur və onun arvadı Afət Kərimova suda boğulublar.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər xətti