Goranboy rayonunda sel saat 6:00 radələrində Veyisli qəsəbəsinə gedən poletilen qaz xəttinin birləşmə hissəsini 2 hissəyə bölüb.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Ucnoqta.az-a verilən məlumata görə, həmin saatlarda qaz təminatında fasilə yaranıb. Lakin təxirəsalınmaz tədbirlərlə günorta saatlarında 2200 abonentin qaz təminatı bərpa olunub.
Hazırda qəza baş verən ərazidə sel suları axdığı üçün və ətraf bataqlıq olduğuna görə 790 abonentin qaz təminatını bərpa etmək mümkün olmayıb.