Kvaratsxeliya "Müqəddəs Georgi" ordeni ilə təltif olunacaq

11:43 - 3 İyun 2025 - Xəbər

Gürcüstanlı futbolçu Xviça Kvaratsxeliya Fransanın "Paris Sen-Jermen" klubu ilə Çempionlar Liqasının qalibi olduğu üçün "Müqəddəs Georgi" ordeni ilə təltif olunacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

"Bizim ənənəmiz var, idmançılarımız zirvəyə çatanda onlara yüksək dövlət mükafatları təqdim edirik və hesab edirəm ki, Çempionlar Liqasının qalibi məhz bu cür tanınmağa layiq uğurdur. Ötən il o, Gürcüstan millisi ilə əldə etdiyi uğura görə “Şərəf” ordeni alıb və Çempionlar Liqasının qalibi olduğu üçün ona “Müqəddəs Georgi” adına “Qələbə” ordenini təqdim etmək istəyirik” - Kobaxidze hökumətin iclasında deyib.

Kobaxidze Kvaratsxeliyanın uğurunu bütün Gürcüstanın qələbəsi adlandırıb.

Xəbər xətti