Həbib Puaryeyə qalib gəldi - FOTO/VİDEO

10:18 - 8 Sentyabr 2019 - Xəbər

Bu gün Əbu-Dabidə UFC-242 axşamı çərçivəsində UFC üzrə dünya çempionu, Rusiyanı təmsil edən Həbib Nurməhəmmədovun çempionluğa namizəd olan amerikalı Dastin Puarye ilə qarşılaşıb.

"Qafqazinfo" xəbər verir ki, döyüşün taleyi 3-cü raundda həll olunub. Nurməhəmmədov rəqibinə boğucu fəndlə qalib gəlib. Bununla da Həbib keçirdiyi döyüşlərdə qələbə sayını 28-ə yüksəldib. Onun rəqibi Dastin Puarye isə 26-cı döyüşündə 6-cı məğlubiyyətini alıb.

Qeyd edək ki, qələbə Həbib Nurməhəmmədov 6 milyon dollardan çox pul qazandırıb.


Xəbər xətti