Bakıda 35 yaşlı qadının başı kəsilərək qətlə yetirilib

11:38 - 7 Sentyabr 2019 - HADİSƏ

Bakıda qətl törədilib.

Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. 1988-ci il təvəllüdlü Xaləddin Dilqəm oğlu Hüseynov qeyri-rəsmi münasibətdə olduğu Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Günel Bağırovanın qısqanclıq zəminində başını kəsərək qətlə yetirib. Hadisədən sonra X. Hüseynov polisə təslim olub.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb./Apa

Xəbər xətti