Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Mahir Neymətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, M. Neymətov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il Nizami rayonu, Bəkir Çobanzadə küçəsində baş verib.
1987-ci il təvəllüdlü Mahir Nemətov keçmiş həyat yoldaşı ilə yeni ailə quran 1995-ci il təvəllüdlü Azad Ağayevlə əlbəyaxa dava edərək onu bıçaqlayıb.
Daha sonra Mahir Nemətov keçmiş qayınatası 1957-ci il təvəllüdlü Əhmədov Fətulla Möhübbət oğluna da bıçaqla xəsarət yetirib.
Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb. /report