Kürdəmirdə iki minik avtomobili toqquşub - FOTO

17:41 - 6 Sentyabr 2019 - Xəbər

Kürdəmir rayonunda yol qəzası baş verib.


"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı prospektində qeydə alınıb.

Belə ki, "Mercedes" və "Renault" markalı avtomobillər toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti