ATƏT Parlament Assambleyasının (PA) payız iclasının vaxtı məlum olub.
APA-nın ATƏT PA-nın saytına istinadən verdiyi xəbərə görə, qurumun 18-ci payız toplantısı 4-6 oktyabr tarixlərində Mərakeşdə keçiriləcək. ATƏT-in Aralıq Dənizi Tərəfdaşlığı naminə Əməkdaşlıq proqramına üzv olan Mərakeş bu görüşə ilk dəfə ev sahibliyi edəcək.
ATƏT-in payız görüşü çərçivəsində “Şimal-Cənub Əməkdaşlıq modelləri və qloballaşan dünyada Aralıq dənizi regionun iqtisadi əlaqələri” mövzusunda Aralıq dənizi Forumu və “Avro-Aralıq dənizi bölgəsində təhlükəsizliyin təşviqi: ATƏT və tərəfdaşların rolu" mövzusunda parlament konfransı keçiriləcək.
Milli nümayəndə heyətlərinin rəhbərlərindən ibarət Daimi Komitənin iclası oktyabrın 5-də baş tutacaq.