Rusiyanın Lipetsk şəhərinin hava məkanında iki qırıcı-bombardmançı “Su-34” təyyarəsi toqquşub.
“Report” xəbər verir ki, məlumatı “REN TV” yayıb. Bildirilib ki, hadisə təlim-məşq zamanı baş verib. Təyyarələr ciddi zədələnsə də, onları yerə endirmək mümkün olub.
Hadisə haqqında hələ ki, rəsmi məlumat verilməyib.