Türkiyədə "SOM-B2" qanadlı raketləri sinaqdan keçirilib

08:51 - 6 Sentyabr 2019 - Xəbər

Türkiyə "SOM-B2" iki mərhələli raketin ilk sınaq buraxılışı keçirilib.

Bu barədə sənaye və texnologiya naziri Mustafa Varank öz "Twitter" səhifəsində yazıb. "SOM-B2" raketləri SOM uzun məsafəli qanadlı raketlərinin versiyalarından biridir.

SOM raketinin bu versiyasının beton bunkerləri məhv etmək üçün istifadə ediləcəyi bildirilir.

Müdafiə Sənayesi Naziri İsmayıl Dəmir "Twitter" səhifəsində "SOM-B2" raketinin sınağa başlanması zamanı hədəfi uğurla vurduğunu yazıb./trend

Xəbər xətti