Portuqaliyanın Figueira şəhərində təşkil olunan Avropa Çimərlik Futbolu Liqasının Super final mərhələsinə start verilib.
APA-nın məlumatına görə, Azərbaycan yığması həlledici mərhələyə uğursuz başlayıb. Komanda ilk turda Estoniya yığması ilə qarşılaşıb. Milli əlavə vaxtda məğlub olub - 3:4.
Azərbaycan komandasında Vaqif Şirinbəyov, Elçin Qasımov və Renat Sultanov fərqlənib.
Qeyd edək ki, milli sabah Rumıniya yığması ilə qarşılaşacaq.