Türkiyədə tanınmış azərbaycanlı alim dünyasını dəyişdi

12:43 - 5 Sentyabr 2019 - Xəbər

Türkiyədə çalışan azərbaycanlı alim Mehman Musayev dünyasını dəyişib.

Tanınmış türkoloq, professor Mehman Musayev (Musaoğlu) uzun illərdir Qazi Universitetində çalışıb. O, bu universitetdə Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları Bölümünün sədri olub.

Qaraciyər serrozundan dünyasını dəyişən alim bu gün doğulduğu Kürdəmir rayonunda dəfn ediləcək./trend

Xəbər xətti