"Facebook" istifadəçisi olan milyonlarla şəxsin məlumatı internetə yerləşdirilib.
Bu barədə "TechCrunch" portalı məlumat yayıb. Bildirilir ki, hakerlərin ələ keçirdiyi 419 milyon insanın mobil nömrələri və şəxsi məlumatları informasiya portalına yerləşdirilib.
Profilləri ələ keçirilənlərdən 133 milyon ABŞ, 19 milyon Böyük Britaniya və 15 ilyon Vyetnamda yaşayan istifadəçilər olub. /BAKU.WS