Latviya Azərbaycana yeni səfir təyin edib -Foto

20:44 - 4 Sentyabr 2019 - SİYASƏT

Xarici işlər naziri Elmar Məmmədyarov Latviyanın Azərbaycana yeni təyin olunan səfiri Daynis Qarançsı qəbul edib.

XİN-dən Ucnoqta.az-a verilən məlumata görə, səfir Latviya Xarici İşlər naziri Edqar Rinkeviçsin salamını E.Məmmədyarova çatdırıb. Öz növbəsində E.Məmmədyarov D.Qarançsı səfir təyin olunması münasibətilə təbrik edərək öz salamlarını Latviyalı həmkarına çatdırıb.

Görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

E.Məmmədyarov Latviyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.


Xəbər xətti