Bakının 2 küçəsində rənglənmə işləri aparılacaq

14:05 - 4 Sentyabr 2019 - Xəbər

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saat 22:00-danbaşlayaraq səhər saatlarınadək Səbail rayonu, Əziz Əliyev küçəsində və Yasamal rayonu, Əsəd Əhmədov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.


Bu barədə Trend-ə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən məlumat verilib.

Bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər xətti