Azərbaycan neftinin qiyməti 60 dollara qədər ucuzlaşıb

13:02 - 4 Sentyabr 2019 - Xəbər

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,74 ABŞ dolları və yaxud 1,20% azalıb.


“Azeri Light” markalı neftin bir barelinin qiyməti 60,85 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb./report

Xəbər xətti