Türkiyədə hərbi konvoya hücum olub

11:28 - 4 Sentyabr 2019 - Xəbər

Türkiyənin Mardin vilayətində hərbi konvoya hücum olub.

Trend-in məlumatına görə, PKK terror təşkilatı tərəfindən törədilən hücum nəticəsində 1 nəfər hərbçi şəhid olub. Məlumata görə, daha 2 hərbçi yaralanıb.

Hadisə ilə əlaqədar Türkiyə Silahlı Qüvvələri tərəfindən ərazidə lokal əməliyyat başlayıb.

Xəbər xətti