NATO Baltik dənizində hərbi təlimlərə başlayıb

09:02 - 4 Sentyabr 2019 - DÜNYA

Şimal və Baltik dənizləri arasındakı Danimarka boğazında Şimali Atlantika alyansının “Northern Coasts” hərbi-dəniz qüvvələrinin təlimləri başlayıb.

APA “Interfax”a istinadən xəbər verir ki, təlimlərdə təxminən 3 min hərbçi və 40 gəmi iştirak edir. Bildirilir ki, “Northern Coasts” manevrləri 2007-ci ildən bəri hər il keçirilir. NATO-nun rəsmi nümayəndəsi Oana Lunqeskunun məlumatına görə, Baltik dənizi sahillərində alyansın üzvü olan 6 ölkə var, buna görə də bu bölgə vacib əhəmiyyət daşıyır.

O, həmçinin qeyd edib ki, Ruisyanın bu bölgədə hərbi gücünü artırması təhlükəsizlik baxımından öz əks-təsirini göstərir. Buna görə də hərbi blok Moskvanın aqressiv addımlarına qarşı Baltik hövzəsində öz mövcudluğunu genişləndirir və Estoniya, Latviya, Litva və Polşada 4,5 min qoşun yerləşdirir.

Xəbər xətti