Yəməndə hərbi əsirlərin olduğu həbsxana bombalandı- 50 nəfər ölüb

13:08 - 1 Sentyabr 2019 - DÜNYA

Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın həbsxanaya endirdiyi hava zərbələri nəticəsində ən azı 50 hərbi əsir ölüb.

Bu barədə məlumatı “Sınxua” agentliyi “Ənsar Allah” hərəkatının (husilər) bəyanatına istinadən yayıb. Hadisə Damar əyalətinin mərkəzində baş verib.

“Reuters” agentliyinin məlumatına görə, koalisiya qüvvələri 6 aviazərbə endirib./report

Xəbər xətti