Maliyyə Bazarlarına Nəzarət Palatası iki bank olmayan kredit təşkilatına (BOKT) - "MJ Financial Services" və "Acet Financial Technologies" şirkətlərinə lisenziya verib.
Təşkilatların nizamnamə kapitalının hər biri 300 min manatdır.
"MJ Financial Services" şirkətinə Mədət Rüstəmov, "Acet Financial Technologies" şirkətinə Xosrov Axundov rəhbərlik edir.
Beləliklə, Azərbaycanda BOKT-ların sayı 45-ə çatıb.