Qəbələ, İsmayıllı, Qusar, Bərdə və Ağsudakı meşə yanğınları tam söndürülüb

11:57 - 27 Avqust 2019 - ÖLKƏ İÇİ

Qəbələ, İsmayıllı, Qusar, Bərdə və Ağsudakı meşə yanğınları tam söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Qəbələ rayonunun Solquca, İsmayıllı rayonunun Pirəbülqasım, Qusar rayonunun Cibir, Bərdə rayonunun Cumalar, Ağsu rayonunun Kəndaxan kəndləri ərazilərində meşə və meşəətrafı zonalarda baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb.

Xəbər xətti