Daşkəsəndə TƏBİİ FƏLAKƏT: dolu, leysan, külək

17:08 - 25 Avqust 2019 - ÖLKƏ İÇİ

Daşkəsəndə güclü külək əsib, dolu və leysan yağış yağıb

Daşkəsən rayonu ərazisində bu gün saat 13-00 radələrində təbii fəlakət baş verib. Dolu və leysan yağışla müşayiət olunan güclü külək əsməsi nəticəsində Daşkəsən şəhərinin, rayonun qəsəbə və kəndlərinin bəzi yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik şəbəkəsinin dirəklərinə və elektrikverici xətlərə, o cümlədən fərdi təsərrüfatlara ziyan dəyib.

Güclü külək Daşkəsən Rayon İcra Hakimiyyətindən Publika.az-a verilən məlumata görə, güclü külək şəhərdə xeyli sayda ağacın budaqlarını qırıb. Daşkəsən Rayon İcra Hakimiyyətində komissiya tərəfindən müvafiq işlər aparılır. Dəymiş ziyanın nəticələrini aradan qaldırmaq və təhlükəsizlik tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə qurumlar həmin işlərə cəlb olunub.

Rayonun daxili imkanları hesabına dəymiş ziyanların aradan qaldırılması üçün bərpa işləri aparılır.

Hazırda rayon ərazisində yağışlı hava şəraiti davam edir.

Xəbər xətti